Gəncə şəhərində qətl hadisəsi baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə “Miraj” çay evi adlanan yerdə qeydə alınıb. 

Şəhər sakini Elnur Alıyev hələlik kimliyi məlum olmayan şəxs tərəfindən öldürülüb. İlkin məlumatlara görə, mübahisə pul üstündə baş verib. Nəticədə mərhumun ürək nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurulub. Elnur Alıyev elə yerindəcə keçinib.

Bildirək ki, ölən şəxs məhşur kikboksinq müəllimi İlqar Alıyevin oğludur. Hadisə yerinə polis və Gəncə şəhər Prokurorluğunun əməkdaşları cəlb olunub.

Cinayəti törədən şəxs də xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
BAKU.WS