Bakı sakini qayınanasından polisə şikayət edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xəzər rayonunda yaşayan 35 yaşlı qadın polisə müraciət edərək plastik kartında olan 250 manat pulun qayınanası 67 yaşlı S.N. tərəfindən bankomatdan çıxarılaraq oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS