Gəncədə oğru dəstə saxlanılıb.

BAKU WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncədə yaşayış evlərinin birində oğurluq hadisəsi baş verib.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 ABŞ dolları nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS


QALEREYA