VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.
BAKU.WS