Bakıda avtomobil yanıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində "Volvo xc90" markalı avtomobil yanıb.

Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir.

Qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ