VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev prospekti üzərində yerləşən Bağırov körpüsünün altında 5 maşının toqquşması ilə nəticələnən qəzada yaralananların şəxsiyyəti məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, zəncirvari qəza zamanı 1978-ci il təvəllüdlü Həmidova Gültəkin Allahverdi qızı, 2001-ci il təvəllüdlü Allahverdiyeva Aysel Ayaz qızı, 1980-ci il təvəllüdlü Allahverdiyeva Ləman Allahverdi qızı və 1995-ci il təvəllüdlü Həsənli Abbas Tağı oğlu xəsarət alıblar.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həmidova Gültəkinə qasıx və omba sümüklərinin sınığı diaqnozu qoyulub və palataya yerləşdirilib. Digər xəsarət alanlara isə döş qəfəsinin küt travması diaqnozu qoyulub və onlar ambulator müalicəyə buraxılıb.

20:10

Bu gün Bakıda zəncirvari qəza baş verib.

BAKU.WS-in məlumatına görə, axşam saatlarında Bakının Heydər Əliyev prospektində bir neçə maşın toqquşub.

Belə ki, "BMW" markalı avtomobil Səhiyyə Nazirliyinin Tədris Cərrahiyyə Klinikasına məxsus təcili yardım avtomobili ilə toqquşub. Hadisə nəticəsində qəza törədən avtomobillər yolda hərəkətdə olan daha iki maşına çırpılıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Hazırda yolda güclü tıxac yaranıb. Əraziyə yol polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO