SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən “Abşeron Marina” restoranında qeydə alınıb.

Həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib.

Xəstəxanaya yerləşdirilən Ü.Həsənovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ü.Həsənov nazirliklərdən birinin əməkdaşıdır. O, iki il əvvəl “Tərəqqi” medalı ilə də təltif olunub.
BAKU.WS