SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.

Bakı Şəhər Prokurorluğundan BAKU.WS
-ə verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. .

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bəzi saytlar intihar edən şəxslərin “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızı olduğunu yazıb. “Respublika” qəzetindən “Report”a bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmır.

15:54:24

Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.

BAKU.WS 
oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Ana və qız özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Allaherdiyeva Xədicə İsmayıl qızıdır. 

Məlumata görə, əvvəl anası özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir. 

Qeyd edilib ki, ölənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır.

14:14

Bakıda intihar olub.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. 

Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.

İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır.

Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq intihar edib. R. Allahverdiyevanın xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

Hadisənin səbəbləri araşdırılır.
BAKU.WS