Şirvanda 58 yaşlı kişinin meyiti tapılıb.

BAKU.WS xəbər verir ki, Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Nizami Yusif oğlu Zeynalov qeydiyyatda olmaqla yaşadığı Şirvan şəhəri, Xaqani küçəsi, ev 88, mənzil 16 ünvanda ölü tapılıb.

Daxil olan məlumat əsasında yoxlama aparılması məqsədilə şəhərin Xaqani küçəsi, 88 saylı evin 16 saylı mənzilinə gedilib. Hal şahidlərinin iştirakı ilə mənzilə baxış keçirilmiş və mərhum Zeynalov Nizami Yusif oğlunun meyiti “MTE və PA” Birliyinin Şirvan şəhər şöbəsinə aparılaraq xarici və daxili müayinəsi aparılıb.

Bundan sonra meyit ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS