VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdab rayonunda avtoxuliqanlıq edən şəxs polis tərəfindən saxlanılıb.

BAKU.WS "Report"a istinadən xəbə verir ki, hadisə rayonun "Dörd yol" adlanan ərazisində qeydə alınıb.

Rayon sakini, 32 yaşlı Bağırov Natiq Ramiz oğlu idarə etdiyi "VAZ-2106" markalı 61-BC-113 dövlət qeydiyyat nişanlı avtomobillə insanların çox olduğu ərazidə avtoxuliqanlıq edib.

O, Zərdab Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Zərdab Rayon Məhkəməsi sürücü barəsində 15 sutka müddətində inzibati həbs qərarı çıxarıb. 

Qeyd edək ki, N.Bağırov 6 il məhbusluq həyatı yaşayıb.
BAKU.WS
VİDEO