VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzlərindən birində əxlaqsızlıq edən şəxsi kənd sakinləri cəzalandırıblar.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, gənc kişi yanında bir qadınla istirahət mərkəzinə gedib.

Orada qadınla qeyri-ənənəvi şəkildə cinsi əlaqədə olub.

Bundan hiddətlənən kənd sakinləri həmin şəxsi aparıblar və döyüblər. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, belə videolar yayılan kimi mütləq araşdırmalar aparılır.

“Bir daha bildiririk ki, vətəndaşlar qarşılaşdığı istənilən kriminal xarakterli hadisələrlə bağlı polisə və ya 102 zəng mərkəzi xidmətinə zəng vurmalıdırlar.

Sosial şəbəkələr hüquqi müstəvidə olan hadisələrin həll olunduğu məkan deyil”, - deyə məlumatda bildirilib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO