SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın “Xutor” kimi tanınan ərazidə, yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Bildirilir ki, yanğın quru otlar olan böyük ərazidə başlayıb. Yanğın yerinə 5 yanğınsöndürən maşın, canlı qüvvələr və xilasedicilər cəlb olunub.

Alovun əraziyə yayılmaması üçün işlər görülür.

Qeyd edək ki, yanğın yanacadoldurma məntəqəsinin yanında olduğu üçün böyük təhlükəli vəziyyət yaranır.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO