SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş millət vəkili İqbal Ağazadə əmisi oğlunun ölməsi ilə bağlı açıqlama verib.

BAKU.WS
qafqazinfo-a istinadən xəbər verir ki, İ. Ağazadə əmisi oğlu Loğman Abbasovun meyitinin küçədən tapılmasının yalan olduğunu bildirib:

“Loğman Abbasov yeni tikili binalarda qapı, pəncərələrin quraşdırılması ilə məşğul olurdu. Hadisə günü də işdə olub, binanın 7-ci mərtəbəsinə qalxıb və ürəktutmadan vəfat edib. Həmin mərtəbədə yaşayış yoxdur və orada başqa işçilər olmadığı üçün bir müddət ondan xəbər ala bilməyiblər. Buna görə də itkin düşməsi haqda polisə məlumat verilib.

Daha sonra isə meyiti həmin binadan tapılıb. Əvvəllər onun ürəyində problem olmayıb”.

Qeyd edək ki, 49 yaşlı L.Abbasov ailəlidir.

14:24:30

Bakıda “Ümid” partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb. 

BAKU.WS
oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xətai rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Məlumdur ki, iyunun 11-i, saat 07:30-da 49 yaşlı Abbasov Loğman Xudam oğlu Məhəmməd Hadi küçəsində yerləşən evdən çıxıb və geri qayıtmayıb.

İyunun 12-si, saat 09:30-da üzərində zorakılıq əlamətləri olmayan cəsədi Sadıqcan küçəsi 52 saylı binanın qarşısında tapılıb. 

İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub. Qeyd edək ki, o, İqbal Ağazadənin əmisi oğludur.
BAKU.WS