VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı daha bir rəsmi açıqlama verilib.  

Abşeron RayonTəhsil Şöbəsindən BAKU.WS bildirilib ki, 13.06.2019-cu il səhər saatlarında Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin yaxınlığında məktəbin VII sinif şagirdi Qurbanəli Qurbanəliyevi futbol məşqinə gedərkən maşın vurub.

Hadisədən sonra şagird məktəbə gətirilib və Təcili Tibbi yardım çağrılıb. İlkin müayinə zamanı şagirddə ciddi xəsarət aşkar edilməyib. Şagird hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.


***14:14

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilə əlaqə saxladıq. 

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.

***12:30

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən BAKU.WS-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Hadisə haqqında əlavə məlumat verəcəyik.
BAKU.WS
QALEREYA