SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün saat 16:40 radələrində Zığ yolunda sərnişin avtobusunun iştlraklı ilə qəza baş verib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, təxliyə avtomobili fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 nömərli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurub.

Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, toqquşma nəticəsində 4 qadın sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

BAKU.WS
VİDEO

QALEREYA