VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistanda vahid dövlət imtahanı zamanı iki məktəbli arasında dava baş verib.

BAKU.WS xəbər verir ki, davanın görüntüsü sosial şəbəkələrdə yayılıb.

Şahidlərin sözlərinə görə, dava 54 №-li məktəbdə qeydə alınıb. Məktəblilər imtahana girmək üçün gözləyərkən dava düşüb. 11 və 65 №-li məktəbin şagirdləri arasında yaranan anlaşılmazlıq sonradan davaya çevrilib. Onlar münasibətlərini aydınlaşdırmaq üçün yumruqlaşıblar. 

Davadan bir neçə saniyə sonra qadın qışqırıqları və atəş səsləri eşidilib. Polisin dava iştirakçılarını sakitləşdirmək üçün havaya atəş açdığı bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, polislər davanın qarşısını almağa çalışıb.

Davaya müdaxilə edən polis tərəflərdən birini yumruqla vurub. Hüquq-mühafizə orqanlarından bildirilir ki, hadisə zamanı davaya müdaxilə edən polislərin hərəkətləri də araşdırılacaq.
BAKU.WS
VİDEO