SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün axşam saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya spesifik qoxu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb. Təxliyyə edilən sərnişinlər başqa qatarla yola salınıblar.
BAKU.WS