SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində estakadalardan birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.

Yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***12:14***

Bakının Səbail rayonu hissəsində estakalardan biri yanır.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda ərazidə qatı böyük duman kütləsi müşahidə edilir.

Əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO

VİDEO