SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsu rayon Bənəcik kənd sakini, 22 yaşlı Vəlizadə Əsəd İntiqam oğlu itkin düşüb.

Yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, ailəsi 5 gündür ondan xəbər ala bilmir.

Əsəd sonuncu dəfə 2 iyun axşam saatlarında anası ilə danışıb və bu tarixdən sonra ondan xəbər tutmaq mümkün olmayıb. 2 gün öncə isə Əsədi Ali Məhkəmənin yaxınlığındakı “Fresco” marketdə görüblər.

Cəmil adlı qohumunun bildirdiyinə görə, Əsəd daha öncə həmin marketdə işləyib və keçmiş iş yoldaşlarının yanına gedərək hansısa restoranda ofisiant işləyəcəyini deyib.

Məlumata görə, Əsəd sonuncu tərəfdə Nizami metrosunun yaxınlığındakı marketlərdən birində satıcı işləyib. O, Bakıda iki tanışı ilə birlikdə Dərnəgül tərəfdə kirayə ev tutaraq yaşayıb.

Şəkildə gördüyünüz Vəlizadə Əsədi görənlərdən 050 459 99 49 nömrəsinə və ya Daxili İşlər Nazirliyinin (DİN) “103” nömrəli “Qaynar xətt”inə zəng etmələri xahiş olunur.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA