VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novxanıda “Diana” restoranında sahibsiz it 6 yaşlı uşağa hücum çəkib.

Bu barədə BAKU.WS-ə uşağın valideyni məlumat verib. Onun sözlərinə görə, uşağın əlində çörək olduğundan it azyaşlıya hücum edib. Hadisə ofisiantların gözü önündə baş versə də, müdaxilə edən olmayıb. Guya itlərə toxunsalar onları cərimələyirlər.

Nəticədə it uşağın dodağını parçalayıb. Gömrük Xəstəxanasında üzünə tikiş qoyulub, 1 saylı Şəhər Kliniki Xəstəxanasında vaksin vurulub. 

Uşağın valideyni qeyd edib ki, məsələ ilə bağlı nə restoran rəhbərliyi, nə də müraciət etdiyi digər qurumlar onun şikayətinə əhəmiyyət vermir:
“Kamera görüntülərini istədim. Anar adlı şəxs dedi ki, hara istəyirsiniz şikayət edin, bizdə kamera yoxdur. 102-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə zəng vurdum. Polis də, icra da deyir onlar cavabdehlik daşımır. Beş gün əvvəl də Sumqayıtda oğlan uşağını it dişləyib və uşaq ölüb. Biz hazırda Yasamalda 5 nömrəli poliklinikada qeydiyyatdayıq. İkinci quduzluq əleyhinə vaksin vurdurmuşuq”, - deyə zərərçəkən əlavə edib.

Zülfüqar
BAKU.WS
QALEREYA