SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Tver şəhərində erməni avtobus sürücüsü qəza törədib. 

BAKU.WS Rusiya KIV-lərinə istinadən xəbər verir ki, erməni sürücünün idarə etdiyi 222 saylı marşrut xətti ilə hərəkət edən avtobus qəfil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. 

Nəticədə avtobusa ciddi ziyan dəyib, 7 sərnişin xəsarət alıb. Onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. 3 nəfərə isə yerindəcə tibbi yardım gösərilib. Sürücünün qəzadan xəsarətsiz xilas olduğu bildirilir. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, yaralananlar arasında azərbaycanlı qız da var.

Zülfüqar
BAKU.WS
VİDEO

QALEREYA