SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobilin dərəyə yuvarlanması faktı ilə bağlı bəzi məqamlar məlum olub.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində "Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub.

Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb. 

Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolda ağır qəza baş verib. 

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtomobili dərəyə aşırıb.

İlkin məlumata görə, ölən və yaralananlar var.

Şahin
BAKU.WS
VİDEO