SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

BAKU.WS
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qəzada vəfat etmiş sürücü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğludur.

BAKU.WS