Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Masazır dairəsində Xırdalan istiqamətində "Mercedes" markalı maşın piyadanı vurub.

Avtomobil daha sonra işıq dirəyinə çırpılıb və nəticədə dirək aşıb. Ağır xəsarət alan piyada digər maşınla xəstəxanaya aparılıb.

Qəzada ağır xəsarət alan 50-55 yaşlı qadının həmin ərazidə dilənçiliklə məşğul olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.


BAKU.WS


VİDEO