SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşanın paytaxtı Varşavada azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var.

“Report”un Avropa bürosunun məlumatına görə, hücum edənlər milliyyətcə ruslardan ibarət sərxoş dəstə olub.

Bu il mayın 26-da baş verən hücum nəticəsində Zamiq Rüstəmov və Kitabulla Qasımov adlı azərbaycanlılar xəsarət alıblar. 

Hücum edən dəstənin üzvləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Azərbaycanlı gənclər Polşada xırda sahibkarlıqla məşğuldurlar.
BAKU.WS