Səhər saatlarında Bakının Səbail rayonunda baş verən motosiklet qəzasında iki nəfər xəsarət alıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Neftçilər prospektində Rza Qasımovun idarəetməsindən çıxan motosiklet yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü və motosikletdəki sərnişin 1998-ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisə sürət həddinin aşılması səbəbindən baş verib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


BAKU.WS
VİDEO