VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda narkotik becərən şəxs polisə bıçaqla hücum edib. Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

BAKU.WS bölgə müxbirinə rayon polis şöbəsindən verilən məlumatına görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb. Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. 

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub. 

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
BAKU.WS