SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsi baş verib. 

"Report"un əldə etdiyi məlumata görə, bir qadın özünü qatarın altına atıb. 

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. 

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı "Report"a təsdiq edib. 

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək.

***09:56***


Metronun "28 May” stansiyasında intihar hadisəsi baş verib.
 
BAKU.WS AZXEBER.COM-a istinadla xəbər verir ki, hadisə şahidləri bu barədə məlumat verib.

Qatarın gəlişini gözləyən şəxsiyyəti məlum olmayan şəxs özünü relslərin üzərinə atıb. Məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
BAKU.WS
VİDEO