SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Bakıda bədbəxt hadisə baş verib.

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Üzü şəhər istiqaməti ilə hərəkət edən "Mercedes E-class" markalı avtomobilinin sürücüsü qəfil halı pisləşib.

Şahidlərin sözlərinə görə, sürücü avtomobili saxlaya bilsə də, Təcili Tibbi Yardımı gözləyə bilməyib. Onun ürəyinin dayandığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO