VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 28-də Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınan hadisə zamanı Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Yusifov Babək Yusif oğlu “VAZ 21015” markalı avtomobillə vurulub.

Müxtəlif bədən xəsarətləri alan yaralı təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı 40 BS 246 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil piyadanı vurduqdan sonra yolun kənarında duran “Opel” markalı maşınla da toqquşub.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO