VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakının Nərimanov rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, görüntülərdə “BMW” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olan zaman sürücünün idarəetməni itirdiyi və qarşı yolda hərəkət edən “Mitsubishi” markalı avtomobilə çırpıldığı əks olunub.

Məlumata görə, hadisə nəticəsində “BMW”nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüb.

Həmin görüntüləri təqdim edirik:
BAKU.WS
VİDEO