SİZİN REKLAM BURADA!
055 213 76 73


Gecə saatlarında Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “BYD” markalı minik avtomobili Məhəmməd Behbudovun idarə etdiyi “99-LK-284” dövlət nömrə nişanlı “Opel” markalı minik maşınına çırpılıb.

Zərbənin təsirindən hər iki avtomobil bir neçə metr irəliyə sürüşüb. “BYD” markalı minik maşını isə yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət lövhəsinə çırpıldıqdan sonra dayana bilib.

Qəza nəticəsində “BYD” markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO