SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri Binəqədi rayonunda velosiped sürən gənci avtobus vurub öldürüb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Verilən məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.

Belə ki, 91 nömrəli marşrut avtobusu təxminən 20-22 yaşlarında olan, hələlik şəxsiyyəti məlum olmayan gənci   vuraraq öldürüb.

Hadisə şahidlərinin sözlərinə görə gənc oğlan velosipedlə keçmək istəyirmiş. O hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO