Şamaxıda yenidən vulkan püskürüb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Dağ Göylər kəndində qeydə alınıb.

Nəticədə ulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq ətrafa yayılıb. 

Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

Qeyd edək ki, bu ilin fevralında rayonun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib.
BAKU.WS