Gəncədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər sakini 1986-сı il təvəllüdlü Elçin Əliyev bıçaqlanıb.

O, döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.
BAKU.WS