SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Azadlıq prospektində dairədə  hərəkətdə olan “Mercedes ” markalı minik avtomobili  yol hərəkəti qaydasını pozub. 

Nəticədə, o Azadlıq prospekti ilə hərəkətdə olan  90-KP-804 dövlət nömrə nişanlı “KİA” markalı minik maşınına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilllərə maddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.

Hadisənin dəqiq səbəbləri araşdırılır.
BAKU.WS
VİDEO