SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı  Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.
BAKU.WS