VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib hadisə yerini tərk etməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, M.Tağıyev xəstəxanaya yerləşdirilib.

Dərhal Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
BAKU.WS