055 213 76 73
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ağdaş rayonunun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ziya SƏCCAD
BAKU.WS