SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər - əvvəllər də məhkum olunmuşlar 44 yaşlı şəhər sakini Mehman Mehdiyev və rayonun Mican kənd sakini 47 yaşlı Xəyyam Əhmədov saxlanılıb.

Daxili İşlər Nairliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
BAKU.WS
QALEREYA