Gəncədə minik avtomobili su daşıyan maşınla toqquşub, xəsarət alanlar var.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Samir Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil su daşıyan maşınla toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişin - Məmmədov Aqil Salman oğlu yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

BAKU.WS


QALEREYA