SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaradağ rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS “ölke.az”a istinadən xəbər verir ki, hadisə rayonun Müşfiq qəsəbəsində baş verib. Qəsəbə sakini 59 yaşlı Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanada Xələfovun boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Hadisə barədə rayon hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
BAKU.WS