SİZİN REKLAM BURADA!
055 213 76 73


Səbail RPİ-nin Post-Patrul Xidməti və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yılxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar.

Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməkliyi ilə 2 saylı Poliklinikaya çatdırlıb.

Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.
BAKU.WS
QALEREYA