VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Kaspi rayonunun Agiani kəndində 16 yaşlı ana 7 aylıq körpəsini qətlə yetirib.

BAKU.WS
report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Övladını xüsusi ilə ağır şərtlərdə qəsdlə öldürməkdə günahlandırılan ana artıq saxlanılıb. O, günahını etiraf edib.

İstintaqla müəyyən olunub ki, 16 yaşlı ana oğlunu boğaraq qətlə yetirib. O, hadisəni törətdikdən sonra evdən qızıl əşyaları götürərək Tbilisiyə qaçıb.

Yeniyetməni 13 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
BAKU.WS