SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılması ilə bağlı şirkətdən açıqlama verilib.

“Zara” mağazalar şəbəkəsinin rəsmisi Mətin Nurullayevin BAKU.WS-ə verdiyi məlumata görə, kameralar təhlükəsizliyin təmin edilməsilə əlaqədar quraşdırlıb. 

Şirkətin mövqeyini olduğu kimi təqdim edirik:

“Yayımladığınız xəbərlə əlaqədar olaraq bildirmək istəyirik ki, şirkətin ZARA mağazalarında yerləşən, geyinib-soyunma otaqlarının yaxınlığında yerləşən nəzarət kameraları sırf mağazaların təhlükəsizliyinin təmin edilməsi üçün quraşdırılıb. Bu kameralar yalnız mağaza daxilində yerin, koridorların və giriş-çıxış zonalarının görüntülərini əhatə edir və mağazalardakı geyinib-soyunma otaqlarının (kabinələrinin) içini çəkmir”.

***11.10

Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.

Bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib.

Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

“Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı “Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.
BAKU.WS
VİDEO