VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, qəza şəhərin Sülh küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil şirkətlərdən birinə məxsus yük avtomobili və daha sonra 9 nömrəli marşrut avtobusu ilə toqquşub. Zərbənin gücündən “Hyundai” markalı avtomobil tamamilə yarasız hala düşüb. Minik avtomobilində olan 2 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Qəza nəticəsində Sumqayıtın əsas girişində tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO

QALEREYA