SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov Lökbatan qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
BAKU.WS