Türkiyənin İsparta şəhərində məsciddə biabırçı oğurluq baş verib.

BAKU.WS "Haberler" saytına istinadən xəbər verir ki, Həzrət Əli adına məsciddə çalışan molla nəzir qutusundan oğurluq edib.

Baş verən oğurluq məscidin müşahidə kamerasına düşüb. Mollanın isə quraşdırılan gizli kameradan xəbəri olmayıb.

Yaşlı kişi namazdan sonra insanların çıxmasından istifadə edərək yardım qutusuna yaxınlaşıb. O, qutunun ağzını ehmalca aralayıb və pulları çıxarıb.

Qeyd edək ki, bu oğurluq birinci dəfə olmayıb. Həmin nəzir qutusu dəfələrlə qarət olunub. Məscid rəhbərliyi də, ora gizli kamera qurmağa məcbur olub. Kameraya düşənlər isə həm sakinləri, həm də məscid rəhbərliyini şoka salıb. Molla barədə polisə şikayət edilib. Araşdırmalar aparılır.
BAKU.WS


VİDEO

QALEREYA

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ