SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospekti, 553-cü məhəllə, 2 D ünvanında qeydə alınıb.

Belə ki, ”Ata Bank”ın qarşısında sürücü Zaur Adil oğlu Kazımov etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı 99 NS 267 dövlət qeydiyyat nişanlı avtomobili arxa-arxaya idarə edərkən şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadını vurub.

Piyada 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aldığı xəsarətdən həmin xəstəxanada ölüb.

Ziya SƏCCAD
BAKU.WS