Ötən gün axşam saat 12:25-də Gəncə şəhərində qadın bıçaqlanıb.

BAKU.WS xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Nizami Məmmədov rayon Polis İdarəsinin növbətçi hissəsinə məlumat verərək Gəncə şəhəri, Nizami küçəsi, 10-cu dalan, ev 2 ünvanında yaşayan Həsənova Səadət Misir qızının sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirib.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilb ki, hadisənin 1976-cı il təvəllüdlü Gəncə şəhərində anadan olan Zaman Mikayıl oğlu Fərəcov tərəfindən törədildiyi məlum olub.

Müəyyənləşib ki, o, Səadət Misir qızı Həsənovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ